[caption id="attachment_59827" align="alignleft" width="300"] V.V. tualet kağızının adı alıcıların şikayətlərinə səbəb olub[/caption]
Krımda tualet kağızı brendi Rusiya prezidentinin inisiallarını daşıdığına görə qalmaqal yaradıb, məlumatlarda deyilir.
"V.V." brendini daşıyan tualet kağızı Simferopoldakı bəzi alıcılar tərəfindən tənqid olunub, çünki çoxları üçün bu hərflər daha çox "Vladimir Vladimiroviç" adını xatırladır, Radio Free Europe deyir.
Rusiya ilin əvvəlində Krımı ilhaq etdiyinə görə beynəlxalq arenada tənqid olunub. Krımda rusiyalı əksəriyyət Moskvaya çox sadiqdir və alıcılar düşündüklərinə görə, Prezident Putinin adına işarəni qəbul edə bilməyiblər, RFE xəbər verir.
[caption id="attachment_59829" align="alignleft" width="300"]

Sevastopol News qəzeti isə deyib ki, bir istifadəçi tualet kağızının üzərində Krım yarımadasının xəritəsinin konturunu gördüyünə görə "hiddətlənmişdi"
Amma bu, sadəcə vətənpərvərliyin nəticəsi ola bilər: istehsalçı Simferopol Paper Mill tualet kağızı paketinin üzərində "Krımlı (mallar) al!" sözlərini yazıb. /BBC Azeri


Şərhlər