Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 039-a çatdı

20.07.2020, 10:28
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 039-a çatdı

Gürcüstanda son sutka ərzində daha 11 nəfərə koronavirus diaqnozu qoyulub, 1 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 039, xəstəlikdən sağalanların sayı isə 900 nəfərə çatıb. Vəfat edənlərin sayı 15, aktiv koronavirus xəstələrinin sayı isə 124 nəfərdir.

Hazırda Gürcüstan üzrə karantində 5 687, stasionar nəzarətdə isə 232 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol