Menu

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib

20.07.2020, 16:29
Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət nazirinin birinci müavinin təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilib.

Prezident İlham Əliyev A.Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalatyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol