Menu

Azərbaycan idmançısı Ukrayna çempionatının qalibi oldu

20.07.2020, 16:54
Azərbaycan idmançısı Ukrayna çempionatının qalibi oldu

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov açıq Ukrayna çempionatında qızıl medal qazanıb.

"Report" federasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl idmançı sprint üzrə açıq Ukrayna çempionatında ikinci olub.

Bu dəfə turnir olimpiya məsafəsində keçirilib. Pevtsov bütün rəqiblərini qabaqlayıb və finiş xəttini birinci keçib.

Qeyd edək ki, Rostislav Pevtsov 2019-cu ilin ən yaxşı kişi triatlonçusu seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol