Menu

AXCP üzvü barədə həbs qərarı dəyişdi

20.07.2020, 17:51
AXCP üzvü barədə həbs qərarı dəyişdi

Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Səid Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müfafiə tərəfinin vəsatətinə baxılıb.

Vəkil Elçin Sadıqov “Report”a bildirib ki, hakim Lalə Rəhimli vəsatətin təmin edlməsi barədə qərar çıxarıb və S.Məmmədzadə 15 avqust 2020-ci il tarixədək ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, AXCP üzvü Səid Məmmədzadə mayın 16-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmaqla xuliqanlıq maddəsi ilə ittiham edilir.

Şərhlər

X 2020-07-20 20:02:55

Qarabag deyen diller kesilsin. Azadliq deyenleri hebs olunsun. Ermeniye gulle atanlar surgune gonderilsin millet firavan yasasin hokumetinde qulagi dincelsin. Vallah ureyim parcalanir

miri 2020-07-20 18:44:40

Haqqınız müəyyən qədər bərpasini təbrik edirəm. Azarbaycanimizda haqqın bərqərar olduğu günü görmək nəsib olsun. İnşaallah.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol