Menu

Payızda koronavirus daha da güclənəcək? - Açıqlama

20.07.2020, 18:02
Payızda koronavirus daha da güclənəcək? - Açıqlama

“Bəzi ölkələrdə artıq ikinci dalğanı və yaxud hələ də birinci dalğanı görürük. Payız aylarında koronavirus epidemiyasının güclənməsi ehtimalı ondan ibarətdir ki, iqlim dəyişkənliyi baş verir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda dövlət tərəfindən görülən tədbirlər elə buna hazırlıq deməkdir. Həmçinin iş yerlərində sanitar-epidemioloji qaydalara riayət önəmlidir. Biz bu qaydalara əməl etsək, gələcəkdə iş yerlərimizə qayıda bilsək, epidemiyanın güclənməsinin qarşısını ala bilərik. Əks halda qarşısını ala bilmərik”, - o bildirib.

Şərhlər

Suleyman 2020-07-20 22:13:20

Ləzzət edir sizə. Onda karantin gələn seçkiyə qədər gedər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol