Menu

“Ülviyyə Alovlunu ermənilər alovlandırır” - Deputatdan sərt reaksiya

20.07.2020, 20:33
“Ülviyyə Alovlunu ermənilər alovlandırır” - Deputatdan sərt reaksiya

“Belələri törətdikləri əmələ görə məsuliyyətə cəlb olunmalıdırlar”

Özünü jurnalist kimi təqdim edən Ülviyyə Alovlunun “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında paylaşdıqları birmənalı qarşılanmayıb.

O yazıb: “Cəbhə zonasında çəkiliş edən rus jurnalist danışığı ilə açıq-aşkar ermənipərəst olduğunu gizlətmir və bu görüntü ilə sübut edir ki, Tovuzdakı bu yüksəkliyə(Post deyil) artıq Azərbaycan ordusu deyil, ermənilər nəzarət edir”.

İstifadəçilər “jurnalist”i sərt tənqid ediblər. Millət vəkili Fazil Mustafa isə “Sherg.az”a açıqlamasında belə adamların düşmən maraqlarını təmsil etdiklərini deyib:

“Azərbaycan mediasına yerləşdirilən, ruspərəst, ermənipərəst qüvvələr az deyil. Onların işi polisə, orduya inamsızlıq yaratmaqdır. Belələrinin alovunu ermənilər yandırır. Biz isə söndürməliyik. Bir məqamı da söyləyim ki, “jurnalist”in yaydığı informasiyaya bələd olmaması yazdığı statusdan hiss olunur. Çünki məlumatı rusiyalı jurnalistə istinadən verir”.

F.Mustafanın fikrincə, Ülviyyə Alovlu kimiləri törətdikləri əmələ görə məsuliyyətə cəlb olunmalıdırlar:

“Ülviyyə Alovlu başqa bir statusunda şəhid general-mayor Polad Həşimov haqqında “sizin generalınız” ifadəsini işlətmişdi. Beləliklə, əslində özünün bu millətdən olmadığını sübut etmişdi. Sözügedən “jurnalistlər” bir neçə dəfə tənqid yazmaqla özlərini obyektiv jurnalist kimi göstərməyə çalışırlar. Əslində isə düşmən maraqlarını təmsil edirlər. İnsanlarımız onları tanımalı və diqqətli olmalıdırlar. Belələrinin əməlinə hüquqi qiymət verilməlidir”.

Şərhlər

ejder 2020-07-21 00:42:10

BES NAZIRIN ERMENI HAVASI OYNAYIR,NIYE DINMIRSEN

İlqar Ağasəfoğlu 2020-07-21 00:21:28

Fazil bəy, bu Alovlu elə o alovlulardandır ki, TBMM- də Azərbaycanla bağlı etirazlara qoşulmayan məlum partiya simpatizanlarındandır. Təəssüflər olsun ki, bu alovlular hələ ki, Azərbaycanda " alovlu" durlar...Azərbaycan xalqı bunu görür və duyur...

müəllim 2020-07-20 22:09:27

Sürü .......

Şaiq 2020-07-20 21:41:16

BU TİP JURNALİSTLƏRİ "DAHİ" həsənov əli DÖVLƏTİMİZİN MİLYONLARI HESABINA YETİŞDİRİB. BELƏLƏRİNİN ALOVUNU TƏZƏ ALIŞAN BAXT SÖNDÜRMƏK LAZIM İDİ. ARTIQ GECİKMİŞİK, BU CASUSLAR METOSTAZ VERƏRƏK BUTUN STRATEJI OBYEKTLƏRƏ YAYILIBLAR. XİN - İ DÜŞMƏN (erməni) musiqisinə OYNAYAN HÖKÜMƏT ÇOXD

müəllim 2020-07-20 21:24:32

Bəli Polad Həşimov bizim Azərbaycan xalqının qəhrəmanıdır Bəs sən kimsən ay tərbiyəsiz

nəzakət 2020-07-20 21:15:36

Tanış "imzadır" Alovlu ...

t.ədalət 2020-07-20 21:07:45

Bu "alovlu" familyası Sumqayıtın keçmiş YAP-çı fəalı Xıdır Alovluya bağlı deyil ki?

Vidadi 2020-07-20 20:49:39

Səni kim alovlanırır? Millətə sürü deyirsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol