“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.
“Report” xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
“Baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında (Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xətti – Red) genişmiqyaslı qarşıdurma fəlakət olar” , - Dyujarrik vurğulayıb.


Şərhlər
С 1994г ООН и с 2016 Кремль, не вынуждаете агрессора покинуть Азербайджан?
Biz qorxmuruq qorxan qorxur
Nəhayət,Nacmuddin Sadıkovdan qurtulduq
Siz deyən genişmiqyaslı müharibə olan deyil. Biz qorxuruq. Biz torpağımızın hamısını da verərik bir Bakıya dəyməyin. Nefti satırıq bütün dünya bizimdir. Ofşorlar da,Londonun küçələri də bizim pulu tutmur. Bu qeyrət……………….