Menu

Süni yağış yaratmağın üsulu təklif olunur

21.07.2020, 21:48
Süni yağış yaratmağın üsulu təklif olunur

Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan bir qrup tədqiqatçı buludları isitmək yolu ilə yağıntı yaratmaq üsulunu təklif edirlər.

“Report” “Atmospheric Research”ə istinadla xəbər verir ki, quraq bölgələrdə buludların həcmini böyütmək, bununla da yağıntı miqdarını artırmaq üçün xüsusi qurğulardan istifadə etmək təklif olunur.

Meteotron adı verilən bu qurğular buludlari isidəcək qızmar hava axını yaratmalı və həmin axın 3-4 kilometrlik yüksəkliyədək işləməlidir.

“Bizim hesablamalarımıza görə, axının hərarəti ətraf havaya nisbətən 10-20 dərəcə artıq olmalıdır. Bununla yanaşı, həmin axın buluda çatsın deyə, 25-100 m/s-lik gücə malik olmalıdır. Bu gücə malik hava axını təyyarə mühərrikinə bənzər turbo reaktiv qurğularla əldə edilə bilər”, - deyə rusiyalı mütəxəssis, Şimali Qafqaz Federal Universitetinin professoru Robert Zakinian qeyd edib.

Yeni qurğuların sınaqları artıq Rusiya ərazisində həyata keçirilib.

Şərhlər

İlyas 2020-07-21 23:26:40

Bu ermeninin yaratdıgı suni yagışda ermenisayagı olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol