Menu

İraq və İran ABŞ-ı məhkəməyə verəcək - Süleymani və əl-Mühəndisi Bağdadda öldürdüyü üçün

22.07.2020, 00:37
İraq və İran ABŞ-ı məhkəməyə verəcək - Süleymani və əl-Mühəndisi Bağdadda öldürdüyü üçün

İraqın Ali Məhkəmə Şurası elan edib ki, Bağdad və Tehran bu ilin əvvəlində İran generalı Qasım Süleymanini və «Xalq səfərbərlik qüvvələri» təşkilatı başçısının müavini Əbu Mehdi əl-Mühəndisinin öldürüməsinə görə, Amerika Birləşmiş Ştalarını (ABŞ) birgə məhkəməyə verəcəklər.

Ali Məhkəmə Şurası öz bəyanatında göstərib ki, ABŞ həbçiləri tərəfindən Süleymani və əl-Mühəndisinin İraq ərazisində öldürülməsi cinayət əməli kimi qiymətləndirilir. Bu barədə İranın «Fars» xəbər agentliyi xəbər verib.

Şura qeyd edib ki, öz hüquqi prosedurunu İranın məhkəmə sistemi ilə razılaşdırıb və hər iki tərəf ABŞ-a qarşı birgə iddia qaldıracaq. İddianın hansı beynəlxalq instansiya qarşısında qaldırılacağı isə dəqiqləşdirilmir.

Bəyanata uyğun olaraq, Süleymaninin, əl-Mühəndisinin və daha bir neçə şəxsin Bağdad beynəlxalq aeroportunda öldürülməsinin istintaqı İraqın Cinayət-prosesual Məcəlləsinə uyğun olaraq həyata keçirilib.

«İraqın Xarici İşlər Nazirliyi və Nazirlər Kabineti baş verənlərlə əlaqəli digər detallar barədə də məlumatlandırılıb və cinayətin törədilməsi anından başlanın istintaq prosedurları İraq qanunvericiliyinə uyğun olaraq davam etdirilir» - xəbərdə deyilir.

İraq məhkəmə hakimiyyətinin bəyanatı İranın xarici işlər naziri Mohəmməd Cavad Zərifin Bağdadda İraqın rəsmi şəxsləri ilə keçirdiyi görüşdən bir gün sonra səsləndirilib.

Bu bəyanat həm də İraqın Baş naziri Mustafa əl-Kazıminin Tehrana səfəri ərəfəsində dərc olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol