Menu

"Cavan vaxtı Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm" - Siyavuş Novruzov

22.07.2020, 18:18
"Cavan vaxtı Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm" - Siyavuş Novruzov

"Ordu rəhbərliyinə ləkə atmaq istəyən adamlar erməni xüsusi xidmət orqanlarına işləyirlər".

Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Prezident ordu rəhbərliyi ilə bağlı öz münasibətini bildirib. Başqa sözə ehtiyac yoxdur:

"Ordumuz tam qətiyyətli şəkildə bütün döyüşlərə hazırdır. Ordunu hazır vəziyyətə gətirən də təbii ki, ordu rəhbərliyidir. İndi ordu rəhbərliyi haqqında ittihamlar səsləndirirlər. Onu kim yazırsa, ordu rəhbərliyinə kim ləkə atmaq istəyirsə, o adamlar erməni xüsusi xidmət orqanlarına işləyirlər. Vəssalam".

S. Novruzov bildirib ki, müharibə əmrini yalnız Ali Baş Komandan verə bilər. Bunu da, Milli Məclis təsdiq edir: "Savadsız ölkədə demokratiya qurmaq mümkün deyil. Bunu deyənlər bisavaddırlar. Müharibə etmək üçün ölkənin Qanunverici orqanı bunu təsdiq etməlidir. Ali Baş Komandan fövqəladə vəziyyət elan olunanda belə, mütləq parlamentə göndərməlidir ki, təsdiq olunsun. Yəni müharibə qərarını Baş Qərargah rəisi verə bilməz. O, yalnız verilmiş qərarları icra edə bilər".

Deputat Baş Qərargah rəisi Nəcməddin Sadıkovun fəaliyyəti haqqında danışaraq onun xidmətini yüksək qiymətləndirib: "Mən cavan vaxtı Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm. Onunla Laçında, Qubadlıda, Füzuli bölgəsində bir çox döyüşdə birlikdə olmuşuq. Uzun müddətdir ki, hazırkı vəzifəsini şərəflə yerinə yetirir. Başa düşmürəm ki, bu insandan nə istəyirlər".

Şərhlər

t.ədalət 2020-07-23 12:01:12

Bu adam yalan deyir.N.Sadıkov Laçın-Qubadlı istiqamətlərində döyüşdə olmayıb.

t.ədalət 2020-07-23 08:46:40

Nacmuddin Sadıkov Laçın və Qubadlı bölgələrində olmayıb.

agasefqadirov@gmail.com 2020-07-23 07:04:23

Siyavuş müellim Elmarida müdaviye edirdi

Gecikmiş SÜLH 2020-07-22 22:17:46

Ehtimal ki, hay törəmələri yek Hərbi Strateqimizi məhv və xain etməyə çalışırlar.

Aqil 2020-07-22 22:17:34

Bu həqiqi hərbi xidmətdə olub ki,hələ müharibədən danışır?

Ramiz 2020-07-22 21:55:22

Allah bu Siyavuşun başından 1 tük əskik eləməsin. O olmasa bu millət pi günə qalar

Dəmir 2020-07-22 21:47:27

Laçın,Qubadlı,Fizuli hardasız indi...

Siyavuşa 2020-07-22 21:29:02

Sən nə anlamaz adaman! Nəcməddinin Rusiya meyilli hərbiçi olduğunu,Aprel döyüşlərində Moskvada olduğunu anlaya bilmirsən?

Miriş 2020-07-22 20:18:05

Siyavuş mətbuatda görünməyəndə nə oxusan da ləzzət eləmir ki eləmir

İlqar 2020-07-22 20:01:42

Doğrudan Siyavuş əlinə pulemyot götürüb vuruşub?

Vətəndaş 2020-07-22 19:58:55

Siyavuş o insanın indiki hıssas durumda o vəzifədə olmağından bu millət narahatdır. Onun haqqında deyilənlər düzdür,yalandır artıq onun mənası yoxdur.

Şaiq 2020-07-22 19:58:16

HÖRMƏTLU SİYAVUŞ MÜƏLLİM, BİZ HƏMİŞƏ ORDUMUZA, QAZİLƏRİMİZƏ, ŞƏHİDLƏRİMİZƏ HÖRMƏT GÖSTƏRİRİK. BİZ İSTƏYİRİK Kİ, DÖVLƏT DİLİMİZƏ HÖRMƏT OLUNSUN, VƏZIFƏYƏ TƏYİN OLUNMUŞ ADAM QANUNA UYĞUN OLARAQ AZƏRBAYCAN DİLİNDƏ DANIŞA BİLSİN, 5 ci KOLONA İŞLƏMƏSİN VƏ NƏHAYƏT, ORDİYA AYRILAN PUL TALAN OLUNMASIN.

Shushali 2020-07-22 19:37:33

SIzin Necmeddin Sadiqov hec vaxt sizinle bir yerde vurusha bilmez, axi siz hec vaxt cebhede olmamisiniz.

S. Novruzov - a 2020-07-22 18:53:42

S. Novruzov, sen........,You Tube kanalinda bu videoya diqqetle bax : Polkovnik Qəhrəman Mənsimzadənin ciddi qanun pozğuntuları ilə bağlı prezidentə birinci müraciəti https://www.youtube.com/watch?v=fKtoFTMs2Vw

t.ədalət 2020-07-22 18:22:21

Səyəvuş müəllim,N.Sadıkovun cəbhədə döyüş yolu Tərtər və Goronboydur.Laçın və Qubadlıda döyüşməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol