"Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik".
"Report" xəbər verir ki, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.
“Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir”, - deyə nazir müavini vurğulayıb.
Ermənistanda faşizmə xüsusi məhəbbətin olduğunu söyləyən nazir müavini deyib: “Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin, dünya artıq həqiqəti başa düşür və qəbul edir”.


Şərhlər
bu işin içindən Serbiya da, Gürcüstan da sivişib çıxacaqlar, bunu etməyə qoymayın.
Birunlarından tökülsün cənab Prezidentin Serblərə olan yaxşılıqları. Azərbaycan yaxşılıq edir serblər isə bizim düşmənləri silah-sursat ilə tıchiz edir ki bizi ermənilər qlrsın. Mütləq Xarici strateqiya prioritetlərimiz yenidın baxılmalı və xain dövlətlər müəyyən edilməli və adekvat tədbirlər görülməlidir.
Xelefovlsr kimdirler ve nece peyda olunublar?
Serbiya İŞĞALÇIya silah satıb! Böyük Qardaşımız isə milyardlıq hərbi texnikanı ona müftə(kreditə) veib! Bəs, Beynəlxalq Tribunal?