Menu

Milli qəhrəmanın oğluna vəzifə verildi

23.07.2020, 19:59
Milli qəhrəmanın oğluna vəzifə verildi

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

"AzPolitika" "fed.az"-a istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb. Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C.Əsgərov www.aznews.az və www.novosti.az informasiya portallarının baş redaktoru kimi çalışıb.

Qeyd edək ki, C.Əsgərov Milli qəhrəman Salatın Əsgərovanın oğludur.

Şərhlər

İsmayıl İmamov 2020-07-23 23:17:34

Təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram.

X 2020-07-23 21:55:34

Isinizde ugurlar. Milli qehremanimizin mekani cennet olsun

Vahid Həsənov 2020-07-23 21:50:30

Təbrik edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol