Menu

Həftəsonu marşrutlar fəaliyyətini dayandıracaq

24.07.2020, 09:57
Həftəsonu marşrutlar fəaliyyətini dayandıracaq

Bakı Nəqliyyat Agentliyi (BNA) həftəsonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq:

"Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol