Menu

Bakıdakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası söküləcək

24.07.2020, 17:45
Bakıdakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası söküləcək

Səhiyyə Nazirliyi Bakının Nizami rayonunda 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi (tibbi avadanlıqlarla və inventarlarla təchizatı) ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Arash Medical Company" MMC-dir.

Qalib şirkətə 3 712,7 min manat ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol