Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən toqquşmalar olub.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir. Bildirilir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib. Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, “Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib. Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib. Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi hələlik baş verənlərlə bağlı hər hansı açıqlama yaymayıb.">“Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib.
Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, “Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.
Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib.
Ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi hələlik baş verənlərlə bağlı hər hansı açıqlama yaymayıb.


Şərhlər
Burada müharibə edib torpaqları almaq lazımdır. Talançılar milyardları atıb miullətə nə müharibəyə gedirlər nə də oğurladıqlarını qaytarmaq fikrindədirlər. Hələ atmaqda davam edirlər. Dünyanın başqa ölkələrində də müharibə aparan döyülən, qanı tökülən talançılar deyil,çörək pulu üçün gedən kasıblardırlar. Yetim-yesir qaçıb gedib orada 5-10 manat qazanır. Bunun qarşısı almaq lazımdır. Onları qızışdırıb ondan da etməyin.