Ukraynada 2 azərbaycanlı tələbə güllələnib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, Azər Abbasov və Nicat Kərimov adlı tələbələrimizə 50 RV 100 nömrəli “Mercedes Gelandawagen” markalı avtomobildən atəş açılıb. Hər iki gənc ayağından yaralanıb, birinə ambulator tibbi yardım göstərilib, digəri isə xəstəxanaya yerləşdirilib.
Həmin avtomobilin nömrə nişanına uyğun avtomobil fotosundan görünür ki, maşın erməni nömrəsi ilə idarə edilib.
“AzPolitika.info”


Şərhlər