Menu

Xabarovskda böyük izdiham – On minlərlə etirazçı həbsdəki merə azadlıq tələb edir

26.07.2020, 13:38
Xabarovskda böyük izdiham – On minlərlə etirazçı həbsdəki merə azadlıq tələb edir

Rusiyanın Xabarovsk şəhərində böyük bir izdiham şənbə günün küçələrə axışaraq regionun populyar qubernatorunun həbsinə etiraz ediblər. O bu həftə regionda yaşamayan Kremlin təyin etdiyi rəsmi tərəfindən əvəzlənib.

Etirazçılar Rusiyanın paytaxtı Moskvadan 6100 kilometr uzaqda, Çinlə sərhəddə yerləşən şəhərdə keçirilən icazəsiz mitinqdəəllərindəüzərində“Xalqın qubernatoru olan Sergey Furqalı geri verin” yazılan plakatı nümayiş etdiriblər. Xabarovskdan xəbər verən jurnalistlər deyib ki, şənbə günü keçirilən mitinq bu ay başlayan nümayişlərin ən böyüyü olub.

Qubernator bu ayın əvvəli 2004 və 2005-ci illərdə baş verən bir neçə qətl hadisələri iləəlaqədar ittihamlarla həbs olunub. O, Moskvaya aparılıb və orada barəsində iki ay həbs qətimkan tədbiri seçilib.

Millətçi Liberal Demokratik Partiyasının üzvü olan Furqal ittihamları rədd edib.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, Furqal siyasi karyerası başlamadan öncə bir neçə bzinesmenin qətlindəəli olmaqda şübhələnir. Lakin etirazçılar ona qarşı qaldırılan iddiaların siyasi motivli olduğuna inanır.

Furqal 2018-ci ildə qubernator seçilib. Onun gözlənilməz qələbəsi prezident Vladimir Putinin siyasətinə və Kremldəki əsas partiya olan Vahid Rusiyaya meydan kimi görüldü.

Şərhlər

OQTAY 2020-07-26 21:19:40

Mer yox,Vali yaxud icra bascisi!

Xabarovskdakı mitinq barədə 2020-07-26 16:12:54

Qurtardı Furqal da getdi lili Putinin güdazına. Xalq etirazları artıq zəifləyir.

Elş 2020-07-26 14:10:44

Ay gözel insan ermeni nedir ki ve ya kimdir ki Qarsbağ alson o gucaqda oturub sonra qeyretlenib hücuma keçib ağaları ile birlikde

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol