Menu

Paytaxtda gənc kürəyindən bıçaq xəsarəti aldı

27.07.2020, 00:01
Paytaxtda gənc kürəyindən bıçaq xəsarəti aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib."Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 44 saylı tam orta məktəbin yaxınlığıında 2001-ci il təvəllüdlü İbrahimov Toğrul Firudin oğlu mübahisə zəminində bıçaqlanıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı T.İbrahimovun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb və o, əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol