Menu

TƏBİB açıqlama yaydı: "Üzr istəyirik... "

27.07.2020, 11:41
TƏBİB açıqlama yaydı: "Üzr istəyirik... "

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib.

Amma buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri bu məsələdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ni (TƏBİB) ittiham edirlər. Bir çoxları isə hətta bir az da irəli gedərək TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının təhqir edirlər.

Məsələ ilə bağlı İTSDA-nın mətbuat katibi Aynurə Əhmədova bildirib ki, ötən gün yayılan məlumatlarda hər şey dəqiqliyilə açıqlanıb: “Bir daha xatırladırıq ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub. Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyuldan, yəni bu gündən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Bir daha sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı Modern.az-a deyib ki, məsələ birbaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə aiddir: “Ona görə də Agentlik üzr istəyib. TƏBİB-in tətbiqində hər hansı problem olmayıb. Problem Agentlik tərəfindən göndərilən SMS-lərdə olub”.

Şərhlər

Mehdi 2020-07-27 16:33:15

Xalqin həyati ilə oynayin,sonrada uzr istəyin.Bu ölke senin kimi naşi adamlarin əlindədi deyə bu gundəyikdə.Sen uzr istemeli deyilsen ey derhal istehva verib və bir daha gözə görunməməsisən.

Qurban 2020-07-27 12:46:14

TƏBİB sən günahlarını yumaq üçün xəstələrin sayını 10 dəfə azalt.

Vətəndaş 2020-07-27 12:16:34

TƏBİB-in yaradılması ilk ilk gündən yanlışdır.Belə bir kütləvi pandemiya dövründə Səhiyyə qurumunu parçalamaq.ayrı-ayrı möhtəkirlərə tapşırmaq belə də neqativ nəticə verməli idi.Operativ Qərargaha naşı adamların cəlbi,düşünülməmiş və ziyanlı qadağaların tətbiqi aydın idi ki,heç vaxt müsbət nəticə verə bilməzdi.tƏBİB möhtəkirləri belə vaxtda yarı doğru,yarı yanlış test apararaq insanlardan pul toplamağa üstünlük verdi.Səhiyyə nazirliyi isə bir növ unuduldu.Bu ən yanlış hərəkət oldu.Hətta Səhiyyə naziri.onun müavinləri mətbuatda profilaktik tədbirlər barəə çıxış etməyi özlərinə rəva bilmədilər.Bütün bunlar hökumətin bu məsələdə düzgün yol tutmadığını sübut etmirmi?Dyt

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol