Menu

Son 4 ayda Çində koronavirusa ən yüksək yoluxma halı qeydə alınıb

27.07.2020, 12:51
Son 4 ayda Çində koronavirusa ən yüksək yoluxma halı qeydə alınıb

Koronavirusun ilkin mənbəyi olan Çində xaricdən qaynaqlanmayan gündəlik yoluxma sayı 57-yə yüksəlib. Ümumilikdə son sutkada ölkədə 61 nəfər COVID-19-a yoluxub.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bu göstərici son zamanlar ölkə daxilindən qaynaqlanan ən yüksək yoluxma sayıdır.

Məlumata görə, analoji ən yüksək yoluxma sayı martın 6-da qeydə alınıb və həmin rəqəm 75 nəfər təşkil edib.

Bildirilib ki, Şərqi Türküstanda yerləşən Sincan Uyğur Muxtar Rayonunda qeydə alınmış gündəlik yoluxma hallarının sayı az qala iki dəfə artaraq 41-ə yüksəlib.

Rəsmi məlumata görə, ölkədə indiyədək 83 891 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 4 634 nəfər virusdan ölüb.

Şərhlər

Özgür 2020-07-27 16:09:50

yazıq uyqurları yoluxdurub məhv edəcəklər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol