Menu

"Koronavirus pandemiyası sürətlənib" - ÜST

27.07.2020, 18:01
"Koronavirus pandemiyası sürətlənib" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının yayılmasının sürətləndiyini söyləyib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat verib.

“ÜST-yə təxminən 16 milyon xəstələnmə və 640 mindən çox insanın öldüyünə dair məlumatlar daxil olub. Pandemiya sürətlənməyə davam edir”, - Qebreyesus deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə təşkilat gələcək tövsiyələri hazırlamaq üçün fövqəladə komitənin iclasını çağıracaq.

Qeyd olunur ki, son altı həftə ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb.

Cons Hopkins Universitetinin məlumatına görə, dünyada SARS-CoV-2-yə yoluxma üzrə 16,3 milyondan çox hal qeydə alınıb. Onun səbəb olduğu COVID-19 xəstəliyindən isə 649 min nəfər ölüb.

Şərhlər

Eko 2020-07-28 07:44:26

Maraqlidi bu ÛST ne isteyil camaatdan ? fikri nedi bunlarin , kim firlatir bunlari ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol