"TƏHLÜKƏ ÇOX CİDDİ VƏ REALDIR..." – “Türkiyədən Azərbaycana heç vaxt belə net dəstək ifadə edilməmişdi”

Xaləddin İbrahimli: “Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür

Professor Xaləddin İbrahimli "AzPolitika.info"-ya müsahibəsində avqustun əvvəllərində Azərbaycanla Türkiyə arasında keçiriləcək genişmiqyaslı hərbi təlimlərin əhəmiyyətindən danışıb. Müsahibəni təqdim edirik:

- Türkiyə ordusu ilə Azərbaycan ordusu ölkəmizdə birgə hərbi təlimlər keçirəcək. Artıq təlimdə iştirak edəcək hərbçilər və texnika Naxçıvan Muxtar Respublikası ərazisinə gətirilib. İndiki dövrdə bu qərar hansı zərurətdən irəli gəlib?

- Geniş bir cografiyanı əhatə edən əsgəri təlimlər nəzərdə tutulur. Təlim keçiriləcək bölgələrə diqqət yetirsək, açıq görəcəyik ki, bunlar təkcə ermənilərin potensial hücum əraziləri ola biləcək Naxçıvan, Gəncə-Qazax bölgəsi deyil, həm də Bakı və ətrafıdır. Bu, Xəzərdən, şimaldan potensial hərbi müdaxiləyə hazırlıqla, ölkə əhalisinin az qala yarısının yaşadıgı Abşeron yarımadasının mühafəzəsi ilə baglıdır. Bir sözlə, əsgərlər həm əhalinin mühafizəsi, həm sərhədlərimizin pozulması, həm də enerji layihələri üçün yarana biləcək təhlükələri dəf etmək üçün hazırlaşdırılacaq.

- Türkiyədə Azərbaycanla, ümumilikdə isə Qafqazla baglı narahatlıqlar açıq görünür. Bu hansısa ciddi təhlükələrdənmi xəbər verir?

- Əlbəttə, təhlükə çox ciddi və realdır. Rusiya Xəzərdə və Gəncə-Qazax bölgəsində gərginlik yaratmaq niyətindədir. Əgər burada istəkləri gerçəkləşsə, sonrakı mərhələdə gərginliyin qərbdən Gürcüstana, şərq tərəfdən isə Orta Asiyaya keçməsi planlana bilər. Bu isə Türkiyə sərhədlərində gərginlik zolagının daha da böyüməsi - Aralıq dənizindən Qara dənizə qədər uzanması, eyni zamanda enerji kəmərlərinin Rusiyanın nəzarətinə keçməsi anlamına gəlir. Türkiyədə bu təhlükəni gerçək bir təhlükə kimi görürlər. O üzdən də Tovuz hadisələrində ən yüksək siyasi və hərbi səviyyələrdə, həm də çox açıq və qərarlı tonda Azərbaycana dəstək ifadə edildi. 1991-dən sonra Türkiyədən Azərbaycana heç vaxt belə açıq və net dəstək ifadə edilməmişdi.

- Azərbaycan tərəfin hərbi təlimlərə razılıq verməsi gözlənilən idimi?

- O bir gerçəklikdir ki, bizim ordunun içində kənar dövlətlərə işləyənlər kifayət qədərdir. Bu həm aprel, həm də Tovuz döyüşlərində açıq göründü. Savaşın elə ilk günündə generalımızı və polkovnikimizi bir həmlədə öldürdülər. Savaşda belə şey olmur. Bu, Cövhər Dudayevin qətlinə oxşayan bir sui-qəsdə bənzəyirdi. Bənzər hadisələr Aprel döyüşlərində və sonra da baş vermişdi. Rusiya belə məqamlarda xalqı qorxutmaq, onun iradəsini qırmaq üçün açıq oynayır. "Sənin orduna sahib olan mənəm" demək istəyir. Paşinyanı ortaya salan və Azərbaycan tərəfin hissləri ilə oynamağa məcbur edən də, Moskvadakı iş adamlarına bu gün bir, sabah tərs komanda verib gülünc duruma düşürən də eyni gücdür.

Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimə qərar verməsi təbii ki, asan deyil. Bu qərarı bir az əvvəl başlayan Rusiya-Ermənistan birgə təlimləri asanlaşdırdı. Digər tərəfdən, Azərbaycan hakimiyyəti həm ölkə üçün, həm də iqtidarın varlıgı üçün təhlükənin gerçək oldugunu görür, baş verə biləcək xaosun hansı sonuclara gətirəcəyini proqnozlaşdırmaq asan deyil. O da bir gerçəklikdir ki, Türkiyənin maraqlarını və istəklərini də gözardı edə bilmir.

Birgə təlimlər Azərbaycan hakimiyyətinin sabah-biri gün Ermənistanla savaşa başlayacagı anlamına da gəlməz. Mən bu variantı ümumiyətlə istisna edirəm... Epizodik, qısa müddətli döyüşlər ola bilər, amma müharibə yox.

Elçin

"AzPolitika.info"

635x100

Şərhlər

Bəhrami 2020-08-16 18:26:15

Öz ərazisində hərbi terrora qarşı səngər qazdırıb, 27 il bircə hüquqi addım ata bilməyən "güclü" siyasətə nə deyəsən?

Namiq 2020-07-29 15:37:18

Bu hakimiyyət heç vaxt müharibə etmətəcək, heç cəhd də etməyəcək, bu da o deməkdir ki, bu hakimiyyət dövründə torpaqlar qayıtmayacaq.

haqq 2020-07-29 10:03:56

ALLAH İSLAMİN BAYRAQİN UCA ELESİN YEGANA YOLUMUZ BİR AMAL UQRUNDA BİRLEŞMELİ ALLAH BU İŞDE BİZE YARDİMCİ OLSUN

X 2020-07-28 16:13:19

Muharibe bizim qismetimizdi ve InsAllah olacaq bizde gelecek nesillerin qabaginda gunahkar qalmayacagiq

Vətəndaş 2020-07-28 15:13:58

Konkretlik olmayan yerdə çaşqınlıq baş verir......Azərbaycan düşmənlərinə işləyən məmurları vəzifələrdən həmən uzaqlaşdırmaq lazımdır...

Millikişi 2020-07-28 12:07:05

Daxili satqınları ifşa edib ölkədən qovmalıyıq. Kimsə demişdi «tüfəngimdə 6 patron varsa onlardan 5-ni daxili düşmənlərə sıxaram biri ilə düşməni məhv edərəm». Rusun tarix boyu bizə qarşı törətdiyi terror faktlarını ki, bunlar təsdiq olunan yüzlərcədir, torpaqlarımızın binamus, ən əclaf olan ermənilərə, həmçinin farslara verilməsini, ki, bu da təkzibedilməz tarixi və acı həqiqətdir, hər bir məqamda və yüksək beynəlxalq kürsülərdən dünyaya bəyanımız Qarabağ təbliğatımızın əsasını təşkil etməlidir. Ciddi milli nizam-intizamla dövlətimizin, ordumuzun və Prezidentimizin ətrafında möhkəm birləşib Müqəddəs müharibəyə başlamalıyıq.

TARIX 2020-07-28 10:15:31

BÜTÜN SAHƏLƏRDƏ AZƏRBAYCAN A İŞLƏMƏYƏNLƏR ZƏRƏRSİSLƏŞDİRİLMƏLİDİR.

BAKILI 2020-07-28 10:12:30

Ordunu guclendirmek vaxtinda muasir silah almaq lazim idi mermer seki yox

Son yazılar