Menu

Kürdəmirin Mərkəzi Poçt binasında yanğın olub - VİDEO

27.07.2020, 23:02
Kürdəmirin Mərkəzi Poçt binasında yanğın olub - VİDEO

Kürdəmirdə yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Mərkəzi Poçt binasının zirzəmisində qeydə alınıb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun tüstüsü binanı bürüyüb və yanğının söndürülməsinə çətinlik yaradıb. Lakin buna baxmayaraq yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol