Avropa İttifaqının (Aİ) Aralıq dənizindəki hərbi-dəniz əməliyyatı (İRİNİ) «qərəzli» təşəbbüsdür və Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya silah tədarükü üzərinə qoyduğu embapqoya əməl olunmasına kömək etmir. Bu barədə iyulun 27-də Türkiyənin xararici işlər naziri Mövlud Çavuşoğlu İspaniyalı həmkarı Arança Qonsales Laey ilə Ankarada keçirdiyi birgə mətbuat konfrasında bəyan edib.
Türkiyəli Baş diplomatın sözlərinə görə, «İrini» əməliyyatı faktiki olaraq, Liviyalı üsyançı marşal Xəlifə Həftarın və onun müttəfiqlərinin «əlinə oynayır» və BMT tərəfindən tanınmış Liviya hakimiyyətini problemlərə sürükləyir.
«Həftar həm havadan, həm də qrurdan kömək almaqda davam edir, Avropa İttifaqında isə buna seyrçi olurlar. Bu zaman dövri olaraq, «İrini» çərçivəsində Türkiyə gəmilərinə nəzarət cəhdləri yer alır ki, bu da gərginliyə səbəb olur» - Çavuşoğlu bildirib.
Cari il aprelin 1-dən Avropa İttifaqı Aralıq dənizində «İrini» əməliyyatının işə salındığını elan edib.
Əməliyyat 2021-ci il martın 31-də başa çatmalıdır. Onun elan olunan məqsədi hava, dəniz və peyk gücləri və vasitələri ilə Liviya ərazisindəki münaqişə zonasına silah tədarükü üzərinə qoyulmuş embarqonun reallaşdırılmasından ibarətdir.
Missiyanın mandatı imkan verir ki, Liviya sahillərində açıq dənizdə silah daşıdığı ehtimal olunan gəmilər təftiş edilsin. Əməliyyatın komandanı vəzifəsinə İtaliya HDQ-nin kontr-admiralı Fabio Aqostini təyin olunub, onun müavini isə Fransa HDQ-nin kontr-admiralı Jan-Mişel Martinetdir. Missiyanın mənzil-qərargahı Romada yerləşir.
Diqqət edin - Liviyanı qarışdıran, onun qanuni hakimiyyətini yıxan, qanuni prezidentini qətlə yetirən, Liviya dövlətinin milyadlarını mənimsəyən (Qəddafinin 130 milyard dollarını İsveçrədə «it-bata» salanlar!) dövlətlər (Aİ-nın üzvləri) indi bu ölkənin dəniz sərhədlərini «təftiş» edirlər, yenidən qanuni hökumətini devirməyə çalışırlar. Görəsən, bu hüququ onlara kim verib və hansı əsaslarla?!
AzPolitika.info


Şərhlər
Bu Fransa kimi avropada q... dovlet yoxdur, siyasiləri faishe olan .....