Menu

Yeni nazir kollektiviə təqdim olunub - FOTO

28.07.2020, 11:26
Yeni nazir  kollektiviə təqdim olunub - FOTO

Yeni Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin kollektivinə təqdim olunub.

Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevin Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol