"Şəhid generalın adı Tovuzda bir meydana verilsin" - Qənirə Paşayev

Tovuzun meydan və ya küçələrindən birinə şəhid general-mayor Polad Həşimovun adının verilməsi müzakirə edilir.

Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva qeyd edib.

O bildirib ki, araşdırmaçı-yazar Əkbər Qoşalının təklifi ilə aidiyyəti qurumlara müraciət edəcək:

“Əslən Tovuzdan olan araşdırmaçı-yazar Əkbər Qoşalı maraqlı təkliflə çıxış edib. O, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin “Şəhid General Polad Həşimov”, yaxud “Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib, mənim və həmkarım Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib. Həmin təklif sosial media iştirakçısı olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, həmkarlarım və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici yorumlar yazılıb. Belə bir təklifə və bəslənən münasibətə görə məmnunam. Tovuzu Milli Məclisdə təmsil edən bir millət vəkili olaraq bu təklifi alqışlayıram və hesab edirəm ki, çox məqsədəuyğun təklifdir.

Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz Rayon İcra Hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin, deyildiyi kimi, “Şəhid General Polad Həşimov”, “Şəhid General” və ya “General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib. Adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı…) yanaşı, (məncə, ilk növbədə) Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərər və bizim vəfa borcumuzun ifadəsi olardı. Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm! Vətən sağ olsun!”

635x100

Şərhlər

Samir 2020-07-28 20:12:33

Bakıda böyük prospektlerden birine onun adı verilmelidi.

Leytenant 2020-07-28 19:57:37

Yaxşı olard Generalın öldürülməsinin səbəbi və təfərrüatı açıqlanardı.Təxribatçı ortaya çıxarılıb cəzalandırılaydı. Bu daha hummanist .Koordinatlarını kim verib və raketlər haradan atılıb?.a

Xalq 2020-07-28 17:41:50

təklifi biz də dəstəkləyirik!

t.ədalət 2020-07-28 15:22:31

Qənirə Paşayeva yenə ortaya çıxdı.Hansı qolunun yaralandığı hələ də məlum deyil.Allah şəfa versin!

Diləfruz 2020-07-28 15:15:44

bunun çıxışları insanlarda allergiya doğurur..

Mahir 2020-07-28 14:59:16

Qəhrəman generalımızın xatirəsinə Bakıda da böyük bir meydana onun adını vermək daha yaxşı olardı

Son yazılar