Menu

DİN Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib

29.07.2020, 13:15
DİN Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:

"Bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur".     

Şərhlər

Amid 2020-07-29 15:04:09

Yani , onlayn 10/15 qoyun qetirecek sececik ? Yoxsa nece ? Ay DIN

Eko 2020-07-29 14:17:43

Onlayn qoyun alinir ? Ay DIN ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol