Menu

İsrail ərəblərin satqınlığından məharətlə bəhrələnir - Həftarın əli ilə divar qurur

31.07.2020, 09:00
İsrail ərəblərin satqınlığından məharətlə bəhrələnir - Həftarın əli ilə divar qurur

İsrail yalnız ilk baxışda Liviya böhranına laqeyd kimi görünür. Əslində isə o, əl altından Liviya üsyançısı marşal Xəlifə Həftarı dəstəkləyir və Afrikanın şimalında Msirin siyasi kursuna yardımçı olur.

Bu barədə iyulun 28-də Türkiyənin «Anadolu» dövlət informasiya agentliyinin saytında dərc olunmuş materialda söhbət açılır.

Liviya məsələsində İsrail-Misir örtülü tandeminin mövcudluğu Baş nazir Binyamin Netenyahunun ətrafının söhbətlərindən və İsrail KİV-nin dərc etdiyi materiallardan aydın olur.

Misir İsrail ilə Həftar arasında təmaslarda vasitəçi rolunda çıxış edir. Materialda qeyd olunur ki, məhz Misir prezidenti əs-Sisi administrasiyasının təşəbbüsü ilə bundan əvvəl Qahirədə Həftarla İsrail nümayəndələri arasında görüş təşkil olunub.

Bundan əvvəl jurnalist Cozef Millman «Middle East Eye» adlı London nəşri üçün hazırladığı məqalədə İsrailin «Mossad» xarici kəşfiyyat agentləri tərəfindən Misirdə Həftarın «ordusu» üçün komandirlər hazırlandığını yazıb.

«İsrail xüsusi xidmətlərinin agentləri Həftar tərəfdarlarına hərbi taktika, kəşfiyyat materiallarının toplanmasını, situasiyanın analizini və əməliyyatlara rəhbərlik etməyi öyrədirlər» - Millman yazıb.

Jurnalist həm də Həftarın Qahirəyə iki səfəri barədə (2017-ci və 2019-u illərdə) danışıb. Liviyalı üsyançı marşal orada guya, «Mossad» nümayəndələri ilə Liviyaya gecə görmə cihalarının və snayper tüfənglərinin tədarükü məsələsini müzakirə edib. Fransanın «Le Monde Afrique» nəşri iyulun 2-də dərc etdiyi məqalədə də Həftarın İsrail emissarları ilə danışıqlarından yazıb - amma bu dəfə danışıqlar İordaniyada aparılıb.

Nəşrin yazdığına əsasən, 2014-cü ildə Liviyanın şimalına nəzarəti ələ keçirmiş marşal Həftarın və onun tərəfdarlarının fəaliyyəti İsrail tərəfindən «təhlükəsizlik divarı»nın yaradılması kimi qəbul olunub. Ona görə ki, Təl-Əvivdə Liviyadan Sinay yarımadası üzərindən Fələstinin Qəzza sektoruna silah ötürülə biləcəyi ehtimalından narahatlıq keçirirlər.

Liviyanın bütün ərazisinə nəzarəti ələ keçirəcəyi təqdirdə, Həftar öz neftdollarları ilə İsrail silahı üçün yaxşı sifarişçi ola bilər.

İsrail hakimiyyəti özünün bölgəsel siyasətində «Mənim düşmənimin düşməni - mənim dostumdur» prinsipindən sapır. Hələlik aydın deyil ki, İsrail Həftarı nə qədər dəstəkləyəcək, amma tarix göstərir ki, yəhudi dövləti heç vaxt uduzan tərəfə stavka etmir.

Bundan əvvəl xəbər verildiyi kimi, Liviya İsrail üçün energetik dəhliz və öz maraqlarının təhlükəsizliyinin müdafiəçəsi qismində mühüm strateji əhəmiyyət kəsb edir.

İsrailin Həftarı əlaltından dətəkləməsinin ən mühüm səbəblərindən biri də İsrail qazının Aralıq dənizindən Avropaya çıxarılması üçün stabil tranzit marşrutunun təmin edilməsidir.

Digər səbəb isə ondan ibarətdir ki, Ankara tərəfindən dəstəklənən Liviya Milli Razılıq Hökuməti (MRH) Afrikanın şimalında Türkiyəyə hərbi-siyasi pladstarm təqdim edib ki, guya buradan Misirə yönəlik təhdidlər generasiya oluna bilər. Misir isə İsrail üçün ərəb dünyasında ən ardıcıl və proqnoza gələn həmkar hesab olunur. Hesab edilir ki, Liviyada Həftarın mövqeyinin hər-hansı zəifləməsi Misir üçün neqativ nəticələrə səbəb olar. Misir isə Türkiyə ilə xeyli mürəkkəb münasibətdədir.

Bundan əvvəl əbəs yerə, dəfələrlə yazmadıq ki, ərəblərin satqınlığı genetikdir. Şübhə etmirəm ki, yuxarıdakıları oxuyan diqqətli oxucu da istər-istəməz bu nəticəyə gələcək. Odur ki, ərəb ölkələrindən Qarabağ məsələsində Azərbaycana real dəstək və ya heç omasa, Azərbaycanla səmimi həmrəylik ummaq ağılsızlıq olardı.

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

müəllim 2020-07-31 10:13:00

Möhtərəm Mirzə müəllim ərəbdən farsdan bizə haray yoxdu qardaş

müəllim 2020-07-31 10:12:59

Möhtərəm Mirzə müəllim ərəbdən farsdan bizə haray yoxdu qardaş

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol