Menu

Azərbaycanda daha bir gənc həkim koronavirusdan ölüb - FOTO

31.07.2020, 09:52
Azərbaycanda daha bir gənc həkim koronavirusdan ölüb - FOTO

Azərbaycanda koronavirusa yoluxan daha bir həkim dünyasını dəyişdi.

Medicina.az-ın məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov bu gecə vəfat edib.

Bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat veriblər.

Koronavirusa yoluxan aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərovun müalicəsini birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulmuşdu. Həkimin COVİD-19 testi biu ayın əvvəllərində pozitiv çıxmışdı.

Şərhlər

müəllim 2020-07-31 09:57:26

Allah rəhmət eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol