Siyəzəndə baş verən yanğında 2 nəfər ölüb - Deputatdan açıqlama (Yenilənib)

"Siyəzən rayonunun Sədan kəndi yaxınlığında geniş ərazidə baş verən yanğında yanıq xəsarətləri alan Dövlət Neft Şirkətinin əməkdaşı və daha bir nəfər həkimlərin bütün səylərinə baxmayaraq, dünyalarını dəyişiblər". 

Bu barədə "Azpolitika"-ya rayonun deputatı Sadiq Qurbanov məlumat verib. 

Digər şəxsin meşəbəyi olduğu bildirilir.

Allah rəhmət eləsin!

***

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Siyəzən rayonunun Sədan kəndi yaxınlığında geniş ərazidə yanğın baş verib.  

Rayonun deputatı Sadiq Qurbanov "AzPolitika.info"ya bildirib ki, yanğın neft mədənlərinə yaxın ərazidə başlayıb və oradan meşəyə keçib.

"FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli sakinlərin birgə səyi nəticəsində yanğın söndürülüb. Ancaq yanğının söndürülməsi zamanı həmin neft mədənində çalışan Dövlət Neft Şirkətinin əməkdaşlarından biri xəsarət alıb. O, yanğının neft mədəninə keçməsinin qarısını alarkən ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib", - deyə deputat bildirdi. 

***

İyulun 31-də Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlət Nazirliyinin mətbuat katibi İradə İbrahimova yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunduğunu bildirib.

"Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb. Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır", nazirlik rəsmisi vurğulayıb. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar