Menu

TONOYAN BAŞINDAN YEKƏ DANIŞIB - Dığanın "köpünü almaq" lazımdır

02.08.2020, 00:07
TONOYAN BAŞINDAN YEKƏ DANIŞIB - Dığanın "köpünü almaq" lazımdır

Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 31-də Azərbaycanın hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi təhdidləri şərh edib və bu zaman yaxınlarda Tovuz istiqamətində baş vermiş hərbi toqquşmanı xatırladıb. Erməni nazir cümə günü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib və orada tanınmamış «respublika»nın ordu komandanı general Calal Arutyunyanla görüşüb.

Tonoyan deyib ki, təhdidlərlə və döyüşkən bəyanatlarla Ermənistanı qorxutmaq olmaz. «Qonşu ölkənin Ali Baş Komandanı belə bir fikir işlədib - «nə qədər gec deyil» və bildirib ki, erməni qüvvələri onun göstərdiyi ərazini tərk etməlidir. Anlamaq lazımdır - «nə qədər gec deyil», bu - nə vaxt deməkdir? Bizim analitik imkanlarımız «gec deyil» zaman çərçivəsini qəbul etmir» - Tonoyan bildirib.

Dığa xatırladıb ki, belə ifadələri qonşu ölkənin hərbi-siyasi rəhbərliyinin digər nümayəndələri də işlədirlər - deyirlər ki, döyüş fəaliyyətinə başlamağa hazırıq və yalnız əmr gözləyirik.

«Birincisi, qoy elə təsəvvür yaranmasın ki, biz, analoji əmri gözləmirik. Ümumiyyətlə, biz də gözləyirik. İkincisi, Tavuşdakı son döyüş fəaliyyəti onun əyani göstəricisi oldu ki, rəqib tərəfindən supermüasir silahlardan istifadə olunmasına baxmayaraq, o, qısa müddət ərzində çoxsaylı itkilər verə bilər və qarşıya qoyduğu tapşırıqların heç birini yerinə yetirə bilməz» - Tonoyan qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Ermənistanın siyasi rəhbərliyinə üz tutaraq, bəyan edib ki, «o, anlamalıdır, əgər erməni silahlı qüvvələri bizim torpaqları tərk eməsə, o zaman sülh olmayacaq və buna görə, onlar özləri peşiman olacaqlar».

Göründüyü kimi, Tonoyan soyadlı dığa növbəti dəfə başından yekə danışıb və etiraf edib ki, zaman çərçivəsi anlayışı imkanlarını itirib. Odur ki, Azərbaycan tərəfin onun «köpünü almaqdan» başqa variantı qalmır…

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Mösüm 2020-08-02 13:20:06

Düşmənin cavabını vermək ümün müharibə edib torpaqları almalıyır. Onlar torpağımızı işğal ediblər,27 ildir müharibə dayanıb onların xüyrinə. Düşmənin danışmağa dili var. Biz isə onlarla söz güləşdirmək,söz davası yox müharibə edib,gedib hamımız vuruşmalı,ÖLƏN ÖLMƏLİ,QALAN İSƏ başı uca gəzməliyik. Belə yox!

Əski qarabağlı oğlu 2020-08-02 12:08:09

Tam və doğru icra üçün, adətən hər iş və tədbirə qəti müddət qoyulur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol