Menu

Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü

02.08.2020, 19:00
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü

Belarusda son sutkada daha 121 nəfərdə koronavirus aşkarlanıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla da Belarusda yoluxma hallarının sayı 68 067-yə çatıb.

Son gündə koronavirusdan 4 nəfər ölüb.

Pandemiya qurbanlarının ümumi sayı isə 567-yə çatıb. Belarusda indiyədək ümumilikdə 1 319 976 test aparılıb.

Şərhlər

Famil 2020-08-03 01:29:58

Hörmətli Azpolitika!Yeqin ki, bu meqalini sizin əmakdaş hazırlamayıb. Çünkı sizin səviyyəyə uyğun deyil. Siz sadəcə tirajlamısınız. Müəlifdən soruşuram: niyə yazmırzız ki, Belarusda heç bir məhdudiyyət yoxdur. Niyə qeyd eləmirsiz ki, 63 min xəstə sagalıb, cəmi 4600 xəstə qalıb! Sərf eləmir???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol