Menu

Bakıda iki sərnişin avtobusu toqquşub

03.08.2020, 09:08
Bakıda iki sərnişin avtobusu toqquşub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusunun toqquşması barədə məlumat daxil olub.

"Report" nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol