Menu

“Qızılın yüksəlməsi müvəqqətidir”

07.10.2014, 15:46
“Qızılın yüksəlməsi müvəqqətidir”

Həftənin əvvəlində 15 ayın ən aşağı səviyyəsinə geriləyən qızıl qiymətləri 1200 dolların üzərində icra olunur

Qızıl qiymətləri kritik səviyyənin üzərində hərəkət edir. Həftənin ilk əməliyyat günündə 1183 dollar ilə İyun 2013-dən bu yana ən aşağı səviyyəyə enən qızıl yüngül yüksəlib.

Beynəlxalq bazarda qızılın unsiyası 1203 dollar ətrafında icra olunur. ANZ-in analitiki Victor Thianpiriya, yüksəlişin müvəqqəti olduğunu, qarşıdakı aylarda enişin davam edə biləcəyini söyləyib. Mütəxəssislər orta və uzun müddətdə qızılda istiqamətin enişə işarə etdiyini bildirirlər. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol