Belarus üçün növbəti partiya Azərbaycan nefti bu həftə Odessaya çatacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Belarus üçün 85 min ton həcmində Azərbaycan nefti yüklənmiş tankerin avqustun 4-5-də Ukraynanın Odessa limanına çatması gözlənilir.

“Report” Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksand Tişenko bildirib.

O qeyd edib ki, bu tanker avqustun 2-də Supsa limanından (Qara dəniz, Gürcüstan) yola düşüb.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar