Azərbaycanın dövlət borcunun ÜDM-nə nisbəti artıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 682,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,1% azdır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bununla belə, I yarımildə dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,7%-dən 24,5%-ə yüksəlib.

İyunun sonuna dövlət borcunun 15 232,5 milyon manatı xarici dövlət borcu, 1 450,1 milyon manatı isə daxili dövlət borcu olub. Bu, ötən ilin sonuna nisbətən müvafiq olaraq 1,4% az və 2,4% çoxdur.

6 ay ərzində xarici dövlət borcunun ÜDM-ə nisbəti 18,9%-dən 22,4%-ə, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,7%-dən 1,9%-ə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar