Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri telefonla danışıb

Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin Spikeri Milli Məclis Sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində, Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş Türk xalqının Qurban bayramını təbrik edib.

635x100

Şərhlər

Cavad 2020-08-03 22:44:29

Maraqlıdır, Sahibə xanım görəsən Türkiyə ilə nədən danışıb?

Son yazılar