İspaniyanın keçmiş kralı I Xuan Karlos ölkəni tərk edib

İspaniyanın keçmiş kralı I Xuan Karlos xaricdəki maliyyə hesablarının mənbəyi haqqında korrupsiya araşdırması fonunda ölkədən gedib.

“Report” xəbər verir ki, bu barədə “El Mundo” qəzeti bildirib.

Nəşr keçmiş hökmdarın hansı ölkəyə getməsi haqqında informasiyaya malik olmadığını xəbər verib. Lakin qəzet Karlosun artıq İspaniya ərazisini tərk etdiyini yazıb.

O, bundan əvvəl rəsmən İspaniyanı tərk etmək niyyətini elan edib.

Daha əvvəl məlum olub ki, İspaniya Prokurorluğu vergi cinayətlərində və çirkli pulların yuyulması ittihamı üzrə sabiq kral I Xuan Karlosun işini araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar