Neft Fondu valyuta satışını 47% artırıb
Baxiş sayı:
Dərc olunub:
04/08/2020 - 12:38
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 4 mlrd 525,7 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. “Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.
Təkcə iyul ayında isə ARDNF-in valyuta satışının məbləği 515,5 mln ABŞ dolları təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 18,5% çoxdur.
Qeyd edək ki, 2019-cu ilin yeddi ayı ərzində Fond tərəfindən 3 mlrd 78,5 mln ABŞ dolları məbləğində satış həyata keçirilib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.