"Lukaşenko etirazlarla üzləşsə, qaçacaq" - Müxalifət lideri

Belarusda prezident seçkisinə etiraz olaraq böyük kütlə küçəyə çıxsa, Prezident Aleksandr Lukaşenko gücə əl atmayacaq. Bunu Lukaşenkonun xaricdə yaşayan rəqibi deyib.

Avqustun 9-da Belarusda prezident seçkisidir və Lukaşenkonun 26 ildir davam edən avtoritar idarəçiliyi getdikcə daha zəif durumda görünür. Bir çox təhlilçilər isə onun saxtakarlıq və müxalifətə qarşı repressiya nəticəsində seçkini udacağını deyirlər.

Tanınmış biznesmen, Lukaşenkonun ciddi rəqibi sayılan keçmiş səfir Valer Tsapkala deyir ki, o, prezidentin seçki vaxtı və ondan sonra yüzminlərlə etirazçı ilə üzləşəcəyi halda qaçacağına inanır.

“Current Time” layihəsinə müsahibəsində o deyib ki, Lukaşenkonun kütləvi küçə etirazları nəticəsində sadəcə təyyarəyə minərək harasa uçacağına inanır. Prezident bir neçə min etirazçını yatırtmaq üçün polis və təhlükəsizlik qüvvələrindən istifadə edə bilər. Ancaq yüzminlər ayağa qalxarsa, o, ordunun müdaxiləsinə göstəriş verməyəcək, Tsapkala vurğulayıb.

“Belarus ordusunun öz xalqına qarşı silahdan istifadə edə biləcəyinə inanmıram”, – Tsapkala Ukrayna paytaxtı Kiyevdən deyib.

Son həftələr onminlərlə müxalifət tərəfdarı prezidentliyə 37 yaşlı namizəd Svetlana Tsixanouskayaya dəstək yürüşünə çıxırlar. Onun seçkiyə buraxılmamış namizədlər dəstəkləyir.

Son günlər ərzində Lukaşenko daxili işlər nazirliyi rəsmiləri ilə görüşür, ordunu təftiş edir. O, istənilən iğtişaşa qanlı divan tutula biləcəyinə dair təhdid siqnalı göndərir.

Ötən ay Belarusda bir qrup rusiyalı muzdlunun saxlanması, onların seçkiqabağı ölkədə sabitsizlik yaratmağa cəhd etdiyi iddia olunub.

Bir sıra potensial namizədlər seçkiyə buraxılmayıb. Kampaniya başlanandan siyasətçilər, təşkilatçılar, jurnalistlər daxil olmaqla 1100-dən çox saxlanan olub. Tsapkala hakimiyyətə digər müxalifət çıxanlar kimi həbs olunmaq qorxusundan ölkədən çıxıb.

635x100

Şərhlər

Fərq 2020-08-04 18:46:17

Lukaşenko qaçacaq? Xeyir ola? Ne dojdetes!!! Belarus 6 mlrd. dollarlıq keyfiyyətli ərzaq malı, 2.5 mlrd. dollarlıq (!) informasiya texnologiyaları (!) məhsulları ixrac edir. Belarusda 9,5 million əhali yaşayır, Ümumi Daxili Məhsul 201 mlrd. doll, bir nəfərə düşən pay 22 min doll. yaxın. Korrupsiya yox səviyyəsində. Bizimlə demirəm, qonşuları ilə müqayisə edin. Bir də, İnsan Xoşbəxtliyi İndeksini yaddan çıxarmayın bu müqaisədə. Hansı ki orada çox yüksəkdir. Ən əsası isə dövlət eqoizmi prinsipindən yanaşın və bizim dövlətin maraqları nöqteyi-nəzərindən baxın, mücərrəd “demokratiya” pəncərəsindən yox. Biz belə Belarusdan xeyir görürük, güya “demokratik” olacaq bu ölkə bizə nə verə bilər? Bizim başdan dermokratlar (cürbə- cürə “Atlas”larcıqlar) özgə mahnısına züm-zümə tuturlar, özlərinin düşünmək qabiliyyəti sınıxıb. Rusiyaya söyə-söyə, onun dərmanlarına su tökürlər bu məsələdə. Necə ki, Ə. Elçibəy bir zamanlar Rusiyada Yeltsini dəstəkləməyə çagırırdı, baxmayaraq ki, “Azərbaycanın dostları” starovoytovalar, yelena bonner-alixanyanlar Qarabağ məsələsinə yönəlik onun siyasətinin təməl daşları idi. Nə isə...

Fərq 2020-08-04 16:10:33

Lukaşenko qaçacaq? Xeyir ola? Ne dojdetes!!! Belarus 6 mlrd. dollarlıq keyfiyyətli ərzaq malı, 2.5 mlrd. dollarlıq (!) informasiya texnologiyaları (!) məhsulları ixrac edir. Belarusda 9,5 million əhali yaşayır, Ümumi Daxili Məhsul 201 mlrd. Doll, bir nəfərə düşən pay 22 min doll. yaxın. Korrupsiya yox səviyyəsində. Bizimlə demirəm, qonşuları ilə müqayisə edin. Bir də, İnsan Xoşbəxtliyi İndeksini yaddan çıxarmayın bu müqaisədə. Hansı ki orada çox yüksəkdir. Ən əsası isə dövlət eqoizmi prinsipindən yanaşın və bizim dövlətin maraqları nöqteyi-nəzərindən baxın, mücərrəd “demokratiya” pəncərəsindən yox. Biz belə Belarusdan xeyir görürük, güya “demokratik” olacaq bu ölkə bizə nə verə bilər? Bizim başdan dermokratlar (cürbə- cürə “Atlas”larcıqlar) özgə mahnısına züm-zümə tuturlar, özlərinin düşünmək qabiliyyəti sınıxıb. Rusiyaya söyə-söyə, onun dərmanlarına su tökürlər bu məsələdə. Necə ki, Ə. Elçibəy bir zamanlar Rusiyada Yeltsini dəstəkləməyə çagırırdı, baxmayaraq ki, “Azərbaycanın dostları” starovoytovalar, yelena bonner-alixanyanlar Qarabağ məsələsinə yönəlik onun siyasətinin təməl daşları idi. Nə isə...

Son yazılar