Bakı Nəqliyyat Agentliyinin şirkətlərinin 300 min manatdan çox vergi borcu var

Bakı Nəqliyyat Agentliyinə məxsus 4 şirkətdən 3-ü dövlət büdcəsinə borcludur.

"Report"un əldə etdiyi məlumata görə, bunlar "BakuBus", "Albalılıq Avtoparkı" və "Zığ Avtoparkı" MMC-lərdir.

Adları çəkilən şirkətlərin bu günə vergi borcu müvafiq olaraq 97 205,44 manat, 202 678,58 manat və 13 015,25 manat, ümumilikdə isə 312 899,27 manatdır. Yalnız "Nəqliyyatı İntellektual idarəetmə Mərkəzi" MMC-nin büdcə qarşısında öhdəliyi yoxdur.

635x100

Şərhlər

Adil 2020-08-04 18:11:51

300 min nedi ki, vererik!!!

Son yazılar