Livanda partlayışda minlərlə insan yaralanıb, onlarla ölən var - VİDEO (Yenilənib 2)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyəti Beyrutdakı partlayış zamanı 2,2 min nəfərdən çox insanın xəsarət aldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə yerli OTV telekanalı bildirib.

Məlumata görə, hadisə zamanı azı 30 nəfər həlak olub. 

***

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.

Bildirilib ki, partlayışın səsi Kiprdə belə eşidilib.

***

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.

“Report” “Al Arabiya”ya istinadla xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Ölən və yaralılar barədə məlumat verilmir.

635x100

Şərhlər

Oxucu 2020-08-04 23:03:43

Erməni məhləsi batsaydı ordakı

Son yazılar