"Kənardan ölkənin daxli işlərinə qarışırlar" - Belarus Müdafiə Nazirliyi

Hazırda kənardan Belarusun daxili işlərinə qarışmaq cəhdləri edilir. Bu barədə avqustun 4-də respublikaının Müdafiə Nazirliyi (MN) bəyan edib.

«Biz, anlayırıq ki, bizim ölkəmizin uğurları dünyada heç də hamının ürəyincə deyil və bu gün suveren dövlətin - Belarusun daxili işlərinə qarışmaq cəhdləri edilir - vəziyyəti qarışdırmaq üçün. Bunun perspektivi yoxdur. Biz - belaruslar - öz taleyimizi özümüz həll edirik» - HHQ və HHM qoşun zabitləri koordinasiya şurasının Belarus SQ zabit korpusuna müraciətində deyilir.

Qeyd edilir ki, Belarus ordusu özünün Ali baş komadanı - ölkə prezidenti A.Q.Lukaşenko ilə fəxr edir və onun rəhbərliyi altında bundan sonra da Belarusun müstəqilliyini, suverenliyii, ərazi bütövlüyünü və konstitusiya quruluşunun sarsılmazlığını etibarlı şəkildə təmin edəcək.

«Şübhə etmirik ki, Belarus xalqı tərəfindən tam dətəklənən dövlət başçısı seçkilərdə qalib gələcək» - MN-də qeyd ediblər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar