RAYONLARA GEDİŞ QADAĞASI - Avqustun ortalarında hansı qərarlar verilə bilər?

“Rayonlara gediş-gəlişə icazə verilməli idi. Onsuz da rayonlara gedib, gəlirlər. Kifayət qədər gedib-gələn var. Hərə bir bəhanə ilə gedir. Karantin təkcə kasıb-kusuba aid deyil. İmkan verilməlidir ki, insanlar rayonlara getsinlər. Ancaq karantin davranış qaydaları hazırlanmalıdır ki, may ayındakı hallar təkrar olmasın”.

Bunu azadliq.org-a açıqlamasında tibb sahəsi üzrə professor Adil Qeybulla deyib. "SMS icazənin ləğvi müsbət addımdır, amma rayonlara gediş-gəlişin açılmasına ehtiyatla yanaşblar" - mütəxəssis vurğulayıb.

A.Qeybulla hesab edir ki, çimərliklərin açılması da müsbətdir, immun sisteminin güclənməsi üçün vacibdir: “Amma burada da düşündrücü məqamlar var. Həftə sonu ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulur. Əhali çimərliyə necə gedəcək, qaranlıq qalır. Bir də təlimatlar olmaldıır ki, karantin davranışları pozulmasın”.

Azərbaycanin baş infeksionisti Cəlal İsayev isə mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, pandemiya ilə mübarizədə müsbət dinamika var. O, qeyd edib ki, yoluxmalar 200-ə qədər enib, sağalmalar yoluxmaları üstələyir: “Amma yoluxmanın 200-ə qədər enməsi, hələ rayonlara gediş-gəliş baxımından məqsəduyğun deyil. Bu yoluxmanın yenidən artmasına rəvac verə bilər. Belə şərait avqustun ortalarında yarana bilər. Əgər yoluxmalar iki rəqəmli həddə enərsə, bu sahədə dinamika birmənalı müsbət olarsa, o vaxt yeni qərarlar vermək olar”.

Deputat Sabir Rüstəmxanlı isə hesab edir ki, rayonlara gediş-gəliş açılmalı idi. Onun fikrincə, insanların hərəkətinə, sıxıntıdan çıxmasına imkan verilməli idi: “Bu xəstəliyin ciddiliyini artıq hər kəs başa düşür. Ona görə də insanların rayonlara gediş-gəlişinə mane olmaq lazım deyil. Belə halda yolların bağlanması düzgün deyil".

Deputatin dediyinə görə, istəyənlərin çoxu da rayonlara gedir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların giriş-çıxışında polis postları əvvəlki qaydada fəaliyyət göstərəcək: “Yalnız dövlət qurumlarının və ya özəl müəssisələrin rəhbərliyi tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaqlar. Həmin ezamiyyə vərəqələri də ciddi şəkildə araşdırılacaq və kimlərsə bundan sui-istifadə hallarına yol verərlərsə həmin şəxslərin barəsində tədbir görüləcək”.

E.Zahidov həmçinin əlavə edib ki, bütün bu tədbirlər vətəndaşların sağlamlığı üçün həyata keçirilir.

Qeyd edək ki, Operativ Qərargahdan verilən açıqlamaya görə, sərtləşdirilmiş karantin rejimi olan rayon və şəhərlərdən digər yerlərə gediş-gəlişin bərpa olunması müzakirə olunur. 

"AzPolitika.info"

635x100

Şərhlər

TARIX 2020-08-07 11:57:29

C-B AZP. HANI ŞƏRH?

TARIX 2020-08-07 09:15:40

RAYONLARA GEDİRLƏR VƏ GƏLİRLƏR..ÜC QAT ƏLAVƏ XƏRCİN CIXIR.SADƏCƏ OLARAQ İNSANLARIN AĞIR VƏZİYYƏTİNDƏN İSTİFADƏ EDİB BƏZİ QANSIZ MƏMURLAR BİZNES QURUBLAR.

Ələkbər Rzayev 2020-08-06 20:21:07

Çox maraqlıdır.Operativ qərargaha səhiyyəilə əlaqəsi olmayan,mövcud vəziyyəti anlamaq iqtidarında olmayan şəxsləri oturdublar,onlarımşərhini dinləyəndə harada olduğunu unudur,,banan ölkəsində yaşadığını zənnedirsən.Məgər belə ciddi səhiyyə və müharibə ölkəsində ağıllı, anlayışlı,düşüncəli insanlar niyə gizləniblər? Bu biabırçılıq heç unudulmuş Afrika ölkələrində yoxdur.Səhiyyə Nazirliyi yox! Bir TƏBİB kimi yalançı,fırıldaqçı qurum təşkil edib çəkilib durublar kənardaşBelə idarəçilik olurmu?..Bir qismi testlərlə,digəri əsası olmayan 190 manatla manipulyasiya edob pul oğurlayırlar.Hakimitttət isə susqunluq işindədir.tü

vetendash 2020-08-06 11:45:07

Operqtiv Qərargahdaki memurlar ehaliye qarshi mubarize aparirlar......

Bəhram 2020-08-06 09:55:52

Kiçik statistika ölkəni bu geniş xəstəlikdən öz elmi-tibbi konsiliumu və maliyyə gücü ilə xilas borcunu ibdal etmir?

semed 2020-08-05 18:04:09

operativ qerargahda eylesenler hamisi 4 reqemli emekhaqqi alir bizim kimi gozun saytlara dikmeyibler ki belke 190 azn dilenci payi verdiler

Rahil Qocayev 2020-08-05 12:04:19

Bu qərarları verəndə ağıl,düşüncə varmı?Vətəndaş təyyarə ilə Naxçıvana,Türkiyəyə,Belorusiyaya və s. gedə bilər bəs niyə ölkə daxilidə hərəkət edə bilməsin?Bu hansı qğıl və düşüncənin məhsuludur??Bundan əlavə xeyli idarə və müəssisələrn içiləir ezamiyyə vərəqəsi ilə hər yerə gedə bilər.Bəs niyə işləməyən,pensiyaşı,xəst.təmiz havaya ehtiyacı olanlar gedə bilməsin? Bunu düşünən baş Operqtiv Qərargahda varmı?Axı 5-6 ay insanı bir yerə bağlayıb sacxlamaq olmaz..p

Son yazılar