“KOMANDA BELƏ OLUB: GÖZLƏMƏK...” – “Belarusda saxlanılan rusiyalılar hər şeyi danışıblar”

Belarusda saxlanılan rusiyalılar bu ölkəyə xüsusi məqsədlə gəliblər və onlara gözləmək tapşırığı verilib.

“AzPolitika” xəbər verir ki, bu barədə avqustun 4-də Aleksandr Lukaşenko Belarus xaqına və Milli Məclisinə göndərdiyi ismarışda bəyan edib.

«Bu, çox təhlükəli və güclü siqnaldır. İstanbul, Venesuela, Afrika və Liviya barədə deyilənlərin hamısı yalandır. Bu insanlar ifadə veriblər - məxsusi olaraq Belarusa göndəriliblər. Komanda belə olub: gözləmək. İstanbula alınmış biletlər - əfsanədir. Çünki sərhədi keçərkən onlar göstərməli idilər ki, İstanbula uçurlar. Ola bilsin ki, mən, pis coğrafiyaşünasam - mən başa düşmürəm, axı nə üçün Afrikaya Şimal qütbündən keçməklə uçurlar? Asanlıqla Novorossiyskdən, Krımdan uçmaq olardı - sıçradın və artıq İstanbulda olardın. Nə üçün Belarusdan keçməklə? Belə yalana qulaq asmayın, belə yalan heç kimə gərək deyil» - Lukaşenko deyib və Rusiyanı yalan danışmaqdan əl çəkməyə çağırıb.

Bu zaman Lukaşenko qeyd edib ki, onun əlində daha bir əcnəbi dəstənin ölkəyə tullanması barədə məlumat var.

AzPolitika.info

635x100

Şərhlər

vidadi goyce 2020-08-07 13:53:40

putler uje obnoqlel,posle obnulehiye

Cavan 2020-08-05 14:05:04

ALEKSANDR LUKAŞENKARÜŞVƏXTOR DEYİL, KİŞİ ADAMDIR,AZƏRBAYCANI HƏMİŞƏ HAQQ İŞİNDƏ MÜDAFİƏ EDİB.BELARUS XALQI ONU ÇOX SEVİR.ONUN ƏLEHİNƏ NÜMAYİŞLƏRİ RUSİYA TÖRƏDİR.LUKAŞENKO ƏSL VƏTƏNPƏRVƏRDİR.RUSİYANIN BAŞ KƏSƏNLƏRİNİ BU VAXTA KİMİ HEÇ BİR ÖLKƏ SAXLAYA BİLMƏYİB.BELARUSUN YAŞAYIŞ SƏVİYYƏSİ RUSİYADAN YÜKSƏKDİR.PUTİN ONA PAXILLIQ EDİR.ONU DEVİRMƏK İSTƏYİR.

TARIX 2020-08-05 09:12:49

SSRI-NI ŞƏR İMPERİYASI ADLANDİRIRDILAR .İNDİ BU FUNKSİYANI RUSİYA YERİNƏ YETİRİR.

Adil 2020-08-05 06:36:01

Батья môhkem ol !!!!

Son yazılar