Menu

Livan təhlükəsizlik xidməti paytaxtda pirotexnikanın partlaması versiyasını təkzib edib

04.08.2020, 22:07
Livan təhlükəsizlik xidməti paytaxtda pirotexnikanın partlaması versiyasını təkzib edib

Livanın Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri general Abbas İbrahim Beyrut limanında baş vermiş partlayışın pirotexnika anbarında qeydə alınması versiyasını təkzib edib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, o bunun uzun müddət ərazidə saxlanılan digər partlayıcı maddələr olduğunu bildirib.

“Baş verənlər pirotexnika partlaması deyil, uzun müddət ərazidə saxlanılan digər partlamağa qadir maddələrdir”, - təhlükəsizlik xidmətinin rəhbəri belə deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol