Menu

İcra hakimiyyəti general Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

06.08.2020, 09:40
İcra hakimiyyəti general Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

“Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, general Polad Həşimovun adına verilən küçənin başlanğıcı Həzi Aslanov küçəsi ilə kəsişmədə yerləşir: "Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib. Görünür, küçələrin kəsişməsi yanlış rəy yaradıb. Ancaq hər iki küçə tamamilə ayrıdır”.

Şərhlər

Gulsən 2020-08-06 10:32:12

Bəs general sözünü niyə yazmayıb?

Hətəm 2020-08-06 10:19:38

Qəhrəman Generalımıza Bakıdakı küçələrdən,meydanlardan birinin adını vermək lazımdır. Və 1-ci fəxri xiyabanda onu dəfn etmək lazım idi, Hansısa qacanı kreslodan götürüb gətirib orada dəfn etmək yox. Hansı ki nə özü,olanları nəvələri torpaq vətən uğrunda nə döyüşmüş,nə də şəhid olmuşlar. Heç belə fikirlərindən də

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol