Menu

"Naxçıvanın büdcəsi mütləq artırılmalıdır" - Siyavuş Novruzov

06.08.2020, 11:57
"Naxçıvanın büdcəsi mütləq artırılmalıdır" - Siyavuş Novruzov

“Bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məslələr komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsindən Naxçıvana əlavə 1 milyon 300 min manat vəsaitin ayrılması nəzərdə tutulub: “Biz Naxçıvanı qorumalıyıq. Onun üçün əhalinin sosial müdafiəsi və ordumuzun təchizatı yüksək olmalıdır. Yenə də deyirəm, bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur. Maliyyə Nazirliyi bu məsələyə baxsın. Naxçıvanın büdcəsi mütləq artırılmalıdır. Biz bu məsələyə həssas yanaşmalıyıq”.

Şərhlər

Naxçıvanlı YAP-DEPUTATA 2020-08-06 22:30:42

Naxçıvan MR, yoxsa əlahüddə orduya?

Azəri 2020-08-06 12:54:00

Naxçıvanlı qalıb ki orada sosial müdafiə də olunsun. Çoxu hamısı Türkiyədə fəhləlik edirlər. Sənin kimilərdir bir neçə klan burada kefdəsən

Kamil 2020-08-06 12:05:34

Baxın bu gün hələ adambaşına ayrılan vəsait Azərbaycanın digər bölgələrinə adsmbaşına ayrılan vısaitdən dəfələrlə çocdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol