Menu

“Qaçqınlar sanatoriyaları yerli-dibli söküb aparırlar” - Səttar Möhbalıyev

06.08.2020, 13:51
“Qaçqınlar sanatoriyaları yerli-dibli söküb aparırlar” - Səttar Möhbalıyev

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində bizim qaçqın və məcburi köçkün bacı-qardaşlarımız uzun illərdir yaşayırlar. Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səttar Möhbalıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır: “Mən bir dəfə bu məsələni qaldırıb Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir ki, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar. Bəs bizə niyə vasit ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısınız. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

Şərhlər

Onlar aparmasalr siz ozunuz 2020-08-06 15:30:04

Siz daqitmaqdansa onlar aparsalar yaxsidir

TARIX 2020-08-06 15:08:01

SƏTTAR MÜƏLLİM SOVET DÖVRÜNDƏ İŞLƏYƏN İNSANLARA PULSUZ VƏYA GÜZİ ÖDƏNİŞLƏ PUTYOVKA VERİRDİLƏR.HƏMKARLARA TOPLANAN PULLAR HARA GEDİR?ACIQLAMA VERSƏYDİNİZ YAXŞI OLARDI.

Səlim 2020-08-06 15:00:08

Siz həmkarlar komitəsinn vəsaitlərinii sökmürsünüz ki,"FİL-FİLO"edirsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol